banner
banner

Sosİal

Nazirlərin 11 milyonluq radarı – Usubovdan əmr

Nazirlərin 11 milyonluq radarı

Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov cəriməsi ödənilməyən radarlara görə bəzi nazirlərə müraciət edib.

CİA.Az aznews.az-a istinadən xəbər verir ki, buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilir. Hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir. Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir.

Nazirə verilən bu informasiya onu narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib.

Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin.

Deyilənə görə, artıq bu müraciət özünün müsbət həllini tapıb və radarların ödənilməsinə başlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.