banner
banner

Sosİal

Səlim Müslümov yeni fond yaradır

Səlim Müslümov yeni fond yaradır

Azərbaycanda yeni dövlət fondu yaradılacaq. Lent.az-ın məlumatına görə, bu fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması gözlənilir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, ƏƏSMN tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilən “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsində digər tədbirlərlə yanaşı, ölkəmizdə Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması da əksini tapıb.

Qeyd edək ki, ƏƏSMN ilə Türkiyənin müvafiq nazirliyi arasında imzalanan protokolda da Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi öz əksini tapıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.