banner
banner

Gündəm

Xocalı soyqırımı Küveyt məscidlərində anıldı

Xocalı soyqırımı Küveyt məscidlərində anıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən), Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlahı qəbul edib.
Komitədən verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağı salamlayaraq onu yenidən Azərbaycanda görməyindən məmnun olduğunu bildirib. Adil Əl-Fəlahın Azərbaycanın dostu olaraq ölkəmiz üçün böyük işlər gördüyünü vurğulayan Mübariz Qurbanlı qeyd edib ki, Küveyt xalqı ilə Azərbaycan xalqını birləşdirən ortaq dəyərlər var. Hər iki dövlət İslam dünyasının bir parçasıdır. Komitə sədri bildirib ki, Azərbaycan Küveyt dövlətinin və xalqının dəstəyini daim hiss edib. İstər beynəlxalq təşkilatlarda, istərsə də qaçqın və köçkün vətəndaşlarımıza Küveyt Vəqfinin göstərdiyi yardımlar xalqımız və dövlətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Adil Abdulla Əl-Fəlah qeyd edib ki, artıq iyirmi ildir Azərbaycanla tanışdır və buranı özünün ikinci vətəni hesab edir. Dost ölkə olaraq Küveytin hər zaman Azərbaycanın mənafeyini müdafiə etdiyini vurğulayan qonaq ölkəmizlə bağlı gördüyü işlərdən də danışıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı kitablar nəşr etdiklərini bildirən Adil Abdulla Əl-Fəlah 26 fevral tarixində Küveytin bütün məscidlərində Xocalı soyqırımı haqda danışıldığını və faciə qurbanlarının ruhuna dualar oxunduğunu deyib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin ərəb ölkələri ilə münasibətində özünəməxsusluq var və bu günlərdə həyata keçirilən Ümrə ziyarəti buna əyani sübutdur. Mübariz Qurbanlı Dövlət Komitəsinin Küveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayaraq, gələcəkdə bir sıra layihələr həyata keçirməyin mümkün olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Adil Abdulla Əl-Fəlah Mübariz Qurbanlını Küveytə rəsmi səfərə dəvət edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.