banner
banner

Gündəm

"Zaqatala təhsilini heç zəlzələ bu cür silkələməmişdi"- KORRUPSİYA

"Zaqatala təhsilini heç zəlzələ bu cür silkələməmişdi"-

Rüşvət, cinayət, qanunsuzluq, milyonların mənimsənilməsi, şıdırğı pul yığımı, nazirliyin adından istifadə, hədə, təhdid, şantaj… 

Bəli, söhbət, Zaqatala Rayon Təhsil Şöbəsindən gedir. 2010-cu ilin aprelindən-vəzifəyə təyin edildiyi gündən təhsil işçilərinin qanını sovurmaqla məşğuldur. Bilənlər bilir, bilməyənlər üçün kiçik bir tanışlıq edək.

Qurban Qurbanov izi?

Adı Habil Qurbanovdur. Təhsil nazirinin sərəncamı ilə bu vəzifəyə təyin edilib. H. Qurbanov bu vəzifəyə təyin edilənə kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışıb. Yaydığı söz-söhbətlər arasında, Qarabağ Futbol Klubunun baş məşqçisi, Qurban Qurbanovun qohumu olduğunu deməsi də diqqətlərdən yayınmayıb! Bundan əlavə YAP-ın Zaqatala Rayon Təşkilatının sədridir.

Qohumlar arasında bölüşdürlən təhsil biznesi

Məlumatlı mənbə bildirir ki, Habil Qurbanov, Təhsil Şöbəsinin keçmiş müdirin və rüşvətxor icra başçısının yolu ilə gedir: “Zaqatalada təhsil sistemi çöküb. Rayonunun icra başçısı Mübariz Əhmədzadənin yaratdığı rüşvət və korrupsiya sistemi Zaqatalada təhsil sistemini də məhv edib. Biz sosial sıxıntıların içində batırıq. Rayon sakinlərinin nə halına yanan var, nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərini itirirlər. İcra başçısı isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Habil Qurbanov əvvəllər İcra Hakimiyyətində işləyib. Sonra təhsilə təyin etdilər. Orda başçının bütün tökdüklərini yığıb, indi Təhsil Şöbəsində tətbiq edir. Onun təhsildən anlayışı yoxdur. Bütün dərdi-səri puldur. Burada “qohumluq şəbəkəsi” hökm sürür. Habil Qurbanov tabeçiliyində olan orta məktəblərə öz qohumlarını və yaxınlarını direktor təyin edərək dövlət tərəfindən ayrılan vəsaiti çalıb-talamaqla məşğuldur. Eynilə icra başçısı Mübariz Əhmədzadə kimi, o da əsas vəzifələrə ancaq öz yaxın adamlarını təyin edir".

Rüşvətlə özünü müəllim adlandıranlar
Əldə etdiyimiz məlumatlar arasında ən maraqlısı, müəllimliklə qəti əlaqəsi olmayan, başqa sahənin əməkdaşları belə rüşvət naminə burda dərs demə imkanına sahib olmasıdır: “Elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Habil Qurbanov Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu göndərmir ki, ixtisasli müəllimlər göndərilsin. Xadimələr isə direktorların tovlələrini təmizləyir”.
İddia olunur ki, baş verənlərin hər birindən icra başçısının xəbəri var: “Valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amma Mübariz Əhmədzadə çox saylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Habil Qurbanovdan hər ay “haqqını” artıqlaması ilə alır”.
Zəlzələdən sonra Zaqatala rayon Təhsil Şöbəsinə təkcə bir ilin 8 ayı ərzində üst-üstə 700 min manata yaxın pul ayrılıb. Həmin pulun maddələr üzrə hansı məqsədlər üçün sərf olunduğu sənəddə göstərilməli olduğu halda, sənədlər gün üzünə çıxarılmayıb: “Habil Qurbanovun rəhbərlik etdiyi qurum bu qədər vəsaiti xərcləməsinin səbəbi kimi Zaqatalada baş vermiş zəlzələni göstərib. Daha doğrusu, bir çox kəndlərdə orta məktəblərin dağıldığını və yenidən qurulduğunu bildirən Təhsil Şöbəsi ayrılmış pulları da həmin məqsədlərə sərf etdiyini iddia edir”. 
Məktəblərə alınmış inventarlara gəldikdə isə onların alındığı MMC-nin isə məhz Habil Qurbanovun qohumlarına məxsus olduğuda, gələn məlumatlar arasındadır.

YAP-ın adından istifadə

Habil Qurbanov eyni zamanda Zaqatala Rayon YAP sədridir. Elə məhz bu vəzifədən, addan istifadə edərək rayonda at oynadır. Ona qarşı irad bildiriləndə, arqument kimi YAP-ı göstərir. Buna görə də, H.Qurbanova gözün üstə qaşın var deyən yoxdur. Məhz bundan qaynaqlanaraq, rüşvətxorluqla məşğul olur.

Qurbanovun doymayan gözü

H.Qurbanov ciddi qanun pozuntularına, rüşvətxorluq və digər korrupsiya hallarına yol verməkdən əl çəkmir. Belə ki, onlar rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin razılığı ilə büdcədən ayrılan vəsaiti çapıb-talamaqla məşğuldurlar. Qeyd etmək lazımdır ki, Zaqatalalıların bəxti təhsil sarıdan ümumiyyətlə heç gətirmir. Bu fakt öz təsdiqini bir müddət əvvəl ölkənin kütləvi informasiya vasitələrində, ötən iki ildə respublikanın ümumtəhsil müəssisələrində işləyən müəllimlərin təhsil sənədlərinin Təhsil Nazirliyində ekspertizadan keçirilməsi və bu istiqamətdə görülən işlər barədə yayımlanmış məlumatlarda da tapır. Həmin məlumatlara əsasən yoxlamalar nəticəsində Zaqatala, Balakən və Qax rayonlarından 27 nəfərin saxta diplomla müəllim işlədiyi müəyyən edilib. Saxta diplom əldə etmiş şəxslərdən isə 1-i Qax, 2-si Balakən və 24-ü Zaqatala rayonunda aşkar olunub. Eyni zamanda diplomu mövcud qaydada Təhsil Nazirliyində tanınmayan 39 nəfər Qax, 53 nəfər Balakən, 116 nəfər Zaqatala, özəl ali məktəblərin arayışları ilə 13 nəfər Balakən, 20 nəfər Zaqatala, qanunsuz fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin məzunlarından 2 nəfəri Balakən, 14 nəfəri Zaqatalada ümumi təhsil müəssisələrində pedaqoji işə qəbul edilib. Məlumatlardan göründüyü kimi məhz Zaqatala rayonunda vəziyyətin ciddiliyi xüsusilə diqqəti cəlb edirdi. Buna görə də Zaqatala RTŞ-nə yeni müdir təyin olunan Habil Qurbanovun fəaliyyətinin də ictimaiyyət tərəfindən diqqətlə izlənəcəyi əvvəlcədən məlum idi. Gözlənilirdi ki, bu məsuliyyəti aydın dərk edən yeni müdir mövcud vəziyyəti düzəltmək üçün var qüvvəsini sərf edəcək. Lakin təəssüflər olsun ki, gözləntilər özünü qətiyyən doğrultmadı. Hətta baş vermiş təbii fəlakətdən belə şəxsi maraqları üçün yararlanmağa qərar vermiş RTŞ müdirinin bundan sonra Zaqatala təhsilinin inkişafı üçün çalışacağını düşünmək isə ən azından sadəlövhlük olardı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.