banner
banner

Sosİal

"Sovetski"nin bərpası gecikir

"Sovetski"nin bərpası gecikir

Bakının "Sovetski" kimi tanınan ərazisinin bərpa edilməsi ilə bağlı plan paytaxt və Abşeronun inkişafı üzrə Baş Planın əsas hissələrindən biridir. 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov Trend-ə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bərpa prosesində bu ərazidə yeni yolların tikintisi, mövcud yolların genişləndirilməsi, yeni obyektlərin və yaşıllıq zonalarının yaradılması planlaşdırılır: "Plan tam hazır deyil, çünki ərazi olduqca böyükdür. Buna görə də onun tam başa çatdırılması üçün xeyli vaxt tələb olunur".
N.Yusifov qeyd edib ki, Bakı və Abşeronun inkişafı üzrə Baş Plan da böyük iş və vaxt tələb edir: "Bu, bir neçə günün və ya həftənin məsələsi deyil. Planın işlənməsinə bəzən bir neçə il vaxt lazım olur".
O, həmçinin sənaye müəssisələrinin şəhərdən kənara köçürülməsini alqışlayıb və vurğulayıb ki, Bakının yüklənməsini azaltmaq istiqamətində vacib addımlardan biridir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.