banner
banner

Gündəm

İrəvana yox deyib, Şəmkirə gəldilər

İrəvana yox deyib, Şəmkirə gəldilər

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Rusiya şahmatçısı Vladimir Kramnik ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.
Turnirin rəsmi saytı hər iki şahmatçının partiya haqda fikirlərini təqdim edir.
Uesli So rəqibin güclü şahmatçı olduğunu qeyd edib: "Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdir. Hər zaman onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçə olmasını özüm üçün yaxşı nəticə sayıram".
Sabiq dünya çempionu Vladimir Kramnik isə üstünlüyünün olduğunu amma qələbə üçün lazımi gedişlərin görünmədiyini dedi: "Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə heç-heçə normal nəticədir. So yaxşı şahmatçıdır. Yaxşı müdafiə olunurdu. Fikrimcə hələ iki tur başa çatıb, ona görə yekun nəticə haqda danışmaq düzgün deyil".

Vladimir Kramniklə Uesli So bu günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. ABŞ təmsilçisi federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib: "İlk olaraq qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. O zaman mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".

Sabiq dünya çempionu Vladimir Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: "Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda yığmada olmayacağımı demişdim. Fikrimcə mənsiz də Rusiya yığması güclüdür. Digər tərəfdən Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaqda onun xatirə turnirində iştirak etməyə bilməzdim".









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.