"Bay Yalnış"dan sonra İtaliya serialında rol alacağı deyilən Can Yamandan xəbər var.
Axşam.az türk KİV-nə istinadən xəbər verir ki, "Sandokan" adlı ekran işində çəkiləcək aktyor artıq şirkətlə müqavilə də imzalayıb.
10 bölümdən ibarət serialda Can baş rolu ifa edəcək. 31 yaşlı aktyorun serialın hər bölümü üçün 100 min avro(təxminən 207 min 460 manat) alacağı deyilir.
Serialın çəkilişlərinə gələn ilin oktyabrında start veriləcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.