SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyev vəfat edib.
ANS PRESS-in məlumatına görə, mərhumun yaxınları bu barədə lent.az-a xəbər veriblər. Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq, qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.
1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub.
1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.