banner
banner

Gündəm

Londonda Dilqəm və Şahbaz çağırışı

Londonda Dilqəm və Şahbaz çağırışı

Londondakı Ermənistan səfirliyinin önündə, Dağlıq Qarabağda saxlanılmış Azərbaycan vətandaşlarına azadlıq tələb olunub.
Aksiya Londondakı azərbaycanlı tələbə təşkilatlarının təşəbbüsü və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.
Nümayiş iştirakçıları ötən il Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb ediblər.
Ermənistan səfirliyi etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən il Dağlıq Qarabağda erməni qüvvələrin nəzarəti altında olan Kəlbəcər rayonu ərazisində saxlanılıb. Onlar iki nəfəri qətlə yetirməkdə, bir nəfəri yaralamaqda, "sərhədi diversiya məqsədilə" keçməkdə ittiham olunaraq, tanınmamış Dağlıq Qarabağ Respublikası məhkəməsi tərəfindən məhkum olunublar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.