Yeni stansiyalardan istifadə olunacaq- Avropa oyunlarında
“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir. Bununla bağlı nazirliyin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb. Avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq. Nazirlikdən verilən məlumata görə, yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına görə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE & SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.