Amerikalı mərhum müğənni Uitni Hyustonun qızı Kristina Braun komadan çıxıb. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kristinanın atası Bobbi Braun bildirib. O, qızının tam mənada özünə gəldiyini bildirməsə də, deyib ki, "Qızım artıq məni hərəkətlərimi izləyir". Qızın digər qohumları məlumatı təsdiqləmir. Qeyd edək ki, Kristina Braun yanvarın 31-də Atlanta yaxınlığındakı evinin hamamında huşsuz vəziyyətdə tapılmışdı. Onun həyatını xilas etmək məqsədi ilə həkimlər Kristina Braunu süni koma vəziyyətinə salmışdı. Martın sonunda isə məlum olmuşdu ki, Kristina artıq reabilitasiya mərkəzinə köçürülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.