Əli Həsənov məşhur passajı satışa çıxardı: Yır-yığış edir?
Bakının məşhur məkanlarından olan “Kitab passajı” satışa çıxarılıb.
Axar.az-a məlumat verən mənbənin bildirdiyinə görə, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, “Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan “Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.
"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir.
Həmçinin o da qeyd edilir ki, son aylara qədər “Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.
Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən “Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.
Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİV DF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.