banner
banner

Sosİal

Bakıda 24 şadlıq sarayına QADAĞA

Bakıda 24 şadlıq sarayına QADAĞA

Standartlaşdırma, Meterologiya və patent üzrə Dövlət Komitəsi 176 təsərrüfat subyektində nəzarət tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının AzNews.az-a verdiyi məlumata görə, yoxlama aparılan təsərrüfat subyektlərindən 43-də standartlara uyğun olmayan məhsullar aşkar edilib.

F.Talıblı bildirib ki, 24 şadlıq sarayında da müəyyən yeməklərin istehsalı və satışına qadağa qoyulub.

Komitə sözçüsü onu da əlavə edib ki, dönər satışı ilə məşğul olan 20 müəssisədə də yoxlama aparılıb. Onlardan 17-də standartların tələblərinin pozulması üzə çıxıb və bu nöqsanlar aradan qaldırılıb.

Standartların daha çox pozulduğu ərazilər Bakı şəhərində qeydə alınıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.