banner
banner

Sosİal

Gənclər üçün yeni imkanlar

Gənclər üçün yeni imkanlar

18 aprel tarixdən başlayaraq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər evi" nin fəaliyyət göstərdiyi rayonlardan (şəhərlərdən) olan yaradıcı gənclər arasında kino rejissorluğu, kino operatorluğu və kino montajçı sənətləri üzrə təlimlər keçirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təlimlər Gənclər evlərində yaradılmış video studiyaların fəaliyyətini inkişaf etdirmək, bu studiyalarda fəaliyyət göstərən yaradıcı gənclərin sayını artırmaq, studiyalardan gənclərin istifadə edə bilməsi üçün şərait yaratmaq, eyni zamanda gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə həyata keçirilir.

Təlimlərdə Sumqayıt və Mingəçevir şəhərlərinin, Daşkəsən rayonlarının, eləcə də Bakının Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Qaradağ rayonlarının gəncləri iştirak edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.