banner
banner

Sosİal

Xətai RİH-də qərargah yaradılıb - Səbəb qarlı hava

Xətai RİH-də qərargah yaradılıb

Qarlı hava səbəbindən Xətai rayon İcra Hakimiyyətində qərargah yaradılıb.

Bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, idarənin məsul şəxsləri müxtəlif ərazilərə təhkim olunublar:

"Havanın sərt keçməsi ilə bağlı artıq ötən gündən məlumat daxil olub və dərhal icra hakimiyyətində qərargah yaradılıb. Məsul işçilər ərazilərə cəlb olunublar və hazırda da fəaliyyətdədirlər. Gecədən yağan qar bəzi yerlərdə daha çox müşahidə olunub ki, onlardan biri də Xətai rayonudur. Rayon üzrə qabaqlayıcı tədbirlər görülüb, hələlik heç bir problem baş verməyib".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.