Son zamanlar şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Hadisə bu dəfə çəkildiyi reklamla müzakirə yaradıb.
İfaçı yeni reklam çəkilişləri üçün kameralar qarşısına keçib. Diqqət çəkən məqam isə ifaçının obyektiv qarşısına makiyajsız çıxması olub:
“Reklamı makiyajsız çəkməyimizin səbəbi qadınları ürəkləndirməkdir. İlk dəfə reklama makiyajsız çəkilirəm. Bunu da mən etdim və çox qürurlanıram. Özümü belə daha çox bəyənirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.