banner
banner

Gündəm

“Ermənistan himninə görə Azərbaycandan üzr istədilər”

“Ermənistan himninə görə Azərbaycandan üzr istədilər”

Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan himninin yerinə Ermənistan himninin səsləndirilməsinə sambo güləşi üzrə milli komandamızın baş məşqçisi münasibət bildirib. 

 

“Qafqazinfo”ya açıqlamasında baş məşqçi Yaqub Abdullayev bildirib ki, həmin səhvə görə üzr istənilib:

“İdmançımızla yanaşı biz özümüz də təşkilatçılara etirazımızı bildirdik. Dedik ki, siz bilmirsiz ki, bu Ermənistan himnidir? Avropa Sambo Federasiyasının prezidenti də ordaydı. Etirazlarımızı görüb o da məsələyə müdaxilə etdi. Erməni himni dayandırılıb, daha sorna Azərbaycan himni çalındı”. 

Abdullayev qeyd edib ki, Serbiya Sambo Federasiyası onlardan üzr istəyib: “Həmin günü serbiyalılar şifahi şəkildə bizdən üzrxahlıq etdilər. Amma bir gün sonra rəsmi olaraq yarışın keçirildiyi zalda Serbiya Sambo Federasiyası Azərbaycan Sambo Federasiyasından üzr istədi. Hətta bu televiziya vasitəsilə canlı da yayımlandı. Onlar bildirdilər ki, bu, texniki səhvdir. Bir də belə hal təkrar olunmayacaq”. 

Bu səhvə görə təşkilatçıların cəzalandırılması məsələsinə gəlincə, millimizin çalışdırıcısı bunları deyib: “Cəza verilib-verilməyəcəyi ilə bağlı heç bir şey deyə bilmərəm. Hətta təşkilatçılar bizə üzrxahlıq məktubu da verdilər. Yəni rəsmi şəkildə üzr istədilər. Amma Avropa Sambo Federasiyası onları cəzalandıracaqmı, deyə bilmərəm”. 

Qeyd edək ki, sözügedən yarışmada  62 kiloqram çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Azərbaycan himni deyil, Ermənistan himni səsləndirilib.

Elsevər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.