Müğənni-aparıcı Seren Serengil İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, sənətçinin yanında sevgilisi Mustafa Tohma da olub. Çəki atmaq üçün mədə əməliyyatı olan və 70 kq.-dan 46 kq.-a qədər arıqlayan Serengil jurnalistlərlə söhbət edib. O, bir müddət əvvəl xəstə halı ilə istirahətə yollandığı üçün onu tənqid edən izləyicilərinin fikirlərinə cavab verib:
“İnsanlar həqiqətən çox zalımdırlar. Onlar istəyirlər ki, Seren ölsün. Mən ora təmiz hava almaq üçün getdim. Uşaqlıqdan bəri xizəklə sürüşməyi sevirəm. Hazırda xəstəliyim yavaş-yavaş keçir. Hətta 2 kiloqram çəki aldım. İnsanların niyə belə reaksiya verdiyini anlaya bilmirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.