banner
banner

Gündəm

“Xalqdan oğurladıqlarını qaytarsınlar, sonra...” - AYB üzvlərindən Əjdər Olun həbsinə reaksiyalar...

“Xalqdan oğurladıqlarını qaytarsınlar, sonra...” -

Ədəbi mühitin yazıçı - şair kimi tanıdığı Əjdər Ol (Cəbiyev) korrupsiya işi üzrə həbs edilib. Əjdər Cəbiyevin qardaşı Şahəli Cəbiyev bildirib ki, qardaşı ötən həftədən istintaq altındadır.

O, ədəbi fəaliyyətindən əlavə vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Keçmiş nazir Səlim Müslümov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçiləndən  sonra çox çəkmədən Ə.Ol da saxlanılıb. Lakin ona hansısa ittiham irəli sürüldüyü haqda rəsmi məlumat verilməyib.

Ə.Ol bir məmurdan daha çox ədəbiyyat adamı, şair kimi tanınıb. O səbəbdən şairin saxlanması ədəbi cameədə məyusluq doğurub. Onun həbsə göndərilməsi barədə rəsmi xəbər olmadığı və məhkəmə qərarı verilmədiyi üçün sərbəst buraxılacağına ümid edənlər var.

Ə.Olun yaradıcılığında sonuncu şeirlərindən biri Qarabağ haqda olub, həmkarları onu istedadlı qələm adamı kimi tanıyırlar, indi isə şair ƏƏSMN-dəki əməllərinə görə sorğu-suala tutulur.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-şair Seyran Səxavət “Yeni Müsavat”a bildirdi ki, ölkədə xeyli korrupsioner var, ilk növbədə onları tutmaq lazımdır: “Əjdər istedadlı, yaxşı şair, istiqanlı yoldaşdır. Bu ölkədə korrupsiyaya bulaşanların hamısını tutandan sonra keçib yazıçını, şairi həbs eləmək olar. İntəhası, Əjdərin korrupsiyaya bulaşmasına inanmıram, inana bilmirəm”.

S.Səxavət hesab edir ki, məmləkətdə milyardlar yığıb tutulanlar var: “Onların hamısının oğurladığı pulu geri alıb Qarabağda işğaldan azad edilmiş 5-6 rayonu birdən-birə cənnətə çevirmək olar. Mənim fikrimcə, həmin məmurların pullarını alsınlar, sonra azadlığa buraxsınlar. Onlara da azadlığa çıxmağı arzu edirəm, amma xalqdan oğurladıqlarını qaytarsınlar.

Seyran Səxavət ile ilgili görsel sonucu

Seyran Səxavət: “Onun korrupsiyaya bulaşmasına inana bilmirəm”"

Yəni xalq amnistiyası olsun, sonra xalq kimi yaşasınlar. Əjdərə də Allah kömək olun, inanmıram ki, belə iş görüb. İstedad adamı nataraz işlərlə məşğul olmağa qoymaz".

Qəşəm Nəcəfzadə ile ilgili görsel sonucu

Qəşəm Nəcəfzadə: “İki Əjdər var - bir məmur Əjdər, bir yazıçı Əjdər..., Allah qapısını açsın”

AYB-də İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a bildirdi ki, onun həbsinə təəssüf edir: “Mənim üçün iki Əjdər var, bir məmur Əjdər, bir ziyalı-yazıçı Əjdər... Nə demək olar, Allah qapısını açsın. Əjdər Vətənini sevən oğlandır. Onun Azərbaycan, Vətən haqqında gözəl şeirləri var. Ədəbiyyat sahəsində böyük nüfuza malikdir".

Q.Nəcəfzadə ümid edir ki, hüquq-mühafizə orqanları işi obyektiv araşdıracaq və onu azad edəcəklər: “İnanıram ki, Əjdər Ol günahsızdır”. Qeyd edək ki, Əjdər Ol 1958-ci il avqustun 17-də Hacıqabulda anadan olub.

Prezident Aparatında Milli məsələlər üzrə məsləhətçi, “Şur” nəşriyyatında baş redaktor, Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi işləyib.

Sonrakı illərdə Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru, Dövlət Sosial Müdafiə Fondunda Aparatın  rəhbəri  vəzifələrində çalışıb.

Son iş yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. O, fevralın 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.