Baş rollarında Şevval Sam, Eda Ece, Erdal Özyağcılar və Berk Oktay kimi aktyorların çəkildiyi “Yasak Elma”serialının ssenarisinin bəzi detalları mətbuata sızıdırılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işində Yıldız obrazını canlandıran aktrisa Eda Ece çəkiliş meydanında ssenarini oxuyarkən bir foto paylaşıb.
Bununla da, sosial media istifadəçilərindən biri ssenaridə yazılanları ifşa edib.
O, vərəqdəki yazını oxuyaraq gələcək bölümdə nələr olacağını deyib. Yazılanlara əsasən növbəti bölümdə Şahika və Hasan Ali evlənir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.