Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” Partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Bərdə şəhərində olub. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı cəbhə xəttindən 40 km uzaqda yerləşən Bərdə şəhəri oktyabrın 28-də Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Nəticədə 5-i qadın olmaqla, 22 mülki şəxs həyatını itirib, 70 adam yaralanıb, 30-dan çox mülki obyekt, 20-dən çox yaşayış evi dağıdılıb; o cümlədən, 22 nəqliyyat vasitəsinə ziyan dəyib.
Müharibə vaxtı intensiv şəkildə “Toçka U” və “Smerç” raket zərbələrinə məruz qalmış şəhər mərkəzi meydanı və bazarında olan rusiyalı deputat bildirib ki, bunlar avtomatdan atılmış təsadüfi güllələr deyil, hərbi cinayətdir və buna görə cinayətə məsul olan siyasi və hərbi rəhbərlik cavab verməlidir. Daha sonra Dövlət Dumasının deputatı birbaşa raket zərbəsi nəticəsində tamamilə dağılmış restoranda olub.
Qeyd etmək lazımdır ki, raket xarici jurnalistlərin ora gəlməyinə 30 dəqiqə qalmış bu obyektə düşmüşdü.
Bərdə şəhərinə səfərinin sonunda Juravlyov oğlunu itirmiş ailəyə baş çəkib. Raket onların həyətinə düşmüş və gənc oğlanı xilas etmək mümkün olmamışdı. Deputat bu ailəyə başsağlığı verərək, günahkarların müvafiq cəza alacaqlarına ümidini bildirib.
Gördüklərindən sarsılan deputat bunları bildirib: “Aydın görünür ki, yaxında olan hərbi obyektlər şəhərdən onlarla kilometr kənarda yerləşir. Bu, atəş haqda əmr verənlərin dinc əhaliyə qarşı düşünülmüş surətdə zərbə vurduqlarını göstərir. İstintaq aparılmalı və bütün günahkarlar cəzalandırılmalıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.