banner
banner

Sosİal

Regiondakı zəlzələlər Bakını da təhdid edirmi? - baş seysmoloq açıqladı

Regiondakı zəlzələlər Bakını da təhdid edirmi? - baş seysmoloq açıqladı

Qurban Yetirmişli: “Ölkəmizdə  7 bal gücündə zəlzələlər yalnız 100-150 ildən bir müşahidə olunur”

Son günlər regionda bir-birinin ardınca zəlzələlər baş verir. Belə ki, bir həftədə Ermənistanda bir neçə dəfə zəlzələ baş verdi və zəlzələ Azərbaycanın qərb bölgəsində hiss olundu. Sonra isə qonşu İranda da 5,6 bal gücündə zəlzələ baş verdi.

Bəs regionda bu cür tektonik aktivliyin səbəbi nədir? Azərbaycanı, paytaxt Bakını hansısa ciddi təkanlar təhdid edirmi?

Mövzu ilə bağlı Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor  Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, regionda baş verən tektonik aktivliyin ölkəmizdəki ocaqlara o qədər də təsiri yoxdur: "Bizə region baxımından ən yaxın olan Ermənistanda bir neçə dəfə zəlzələ qeydə alındı. Bu zəlzələlər bizim ərazilərdə də, o cümlədən Gəncədə, Daşkəsəndə, Qazaxda, Tovuzda, Yevlaxda, Naxçıvanda da hiss olundu. Lakin deyə bilərəm ki, bu aktivlik Azərbaycandakı ocaqlara o qədər də təsir edə bilməz.

Qurban Yetirmişli ile ilgili görsel sonucu

  Qurban Yetirmişli 

Regionda ən böyük zəlzələ əvvəl Türkiyədə, daha sonra isə İranda baş verdi. Bu onu göstərdi ki, həmin bölgələrdə Yerin təkində gedən hərəkətlilik daha aktivdir, tektonik qırılmalar, parçalanmalar var. Lakin bu bölgələrdə də baş verən zəlzələ bizim zəlzələ ocaqlarına təsir edə bilməz. Bəli, ola bilsin ki, bizdə də xırda təkanlar olsun. Lakin ümumilikdə Azərbaycanda güclü, dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Ölkəmizdə 7 bal gücündə zəlzələlər yalnız 100-150 ildən bir müşahidə oluna bilir".

Telman Zeynalov ile ilgili görsel sonucu

Telman Zeynalov 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq alim Telman Zeynalov isə bunları qeyd etdi: “Ümumiyyətlə, Ermənistan, Gürcüstan, Türkiyə aktiv zəlzələ zonasında yerləşir. Ona görə də əgər bizə yaxın bu bölgələrdə zəlzələ aktivləşibsə, Azərbaycanda da zəlzələ baş verə bilər.  Lakin bunun nə qədər güclü ola biləcəyini heç kəs əvvəlcədən proqnozlaşdıra bilməz. Beləliklə, əgər indi regionda tektonik  aktivlik müşahidə olunursa, deməli, Yerin təkində hansısa proses gedir, nəticədə zəlzələ kimi hadisələr baş verir. Xatırlayırsınızsa, Sabit Bağırov demişdi ki, 2013-cü ildə neft tükənəcək. Lakin neft tükənmədi. Çünki zəlzələlər, yeraltı təkanlar neftin, qazın yaranmasına şərait yaradır. Bu onu göstərir ki, bizdə Yer kürəsi hələ dəqiq öyrənilməyib. Akademiyada bununla bağlı heç kəs elmi işlər aparmır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.