3 saylı Şəhər Klinik Xəstəxanasının keçmiş baş həkimi Xəlil Məmmədov dünyasını dəyişib. "Report" xəbər verir ki, o, Bakıda dəfn edilib. Xatırladaq ki, X.Məmmədov keçən ilin may ayında vəzifəsindən azad edilmişdi. Qeyd edək ki, Hesablama Palatasının məlumatına əsasən, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilmiş intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol vermiş 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov təyin edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.