banner
banner

Sosİal

Qarlı hava nə qədər davam edəcək? - AÇIQLAMA

Qarlı hava nə qədər davam edəcək?

Ölkə ərazisində əlverişsiz hava şəraiti bugün gün ərzində davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda qarın yağması intensiv olacaq.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycana çox soyuq hava kütləsinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib.

Onun sözlərinə görə, respublikanın əksər rayonlarına qar yağıb:

"Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxındır. Ən çox qar Böyük Qafqazın rayonlarına düşüb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü küləklə, çovğunla müşayiət olunub. Rayonlarda küləyin maksimal sürəti saniyədə 28 metr, Bakıda və Abşeron yarımadasında 25-28 metrə çatıb ki, bu da açıq dənizdə dalğanın hündürlüyünün 6 metrə qədər qalxmasına səbəb olub".

U.Tağıyeva əlavə edib ki, fevralın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.