banner
banner

Sosİal

Bakıda 7 uşaqlı ana pulsuz qaldı

Bakıda 7 uşaqlı ana pulsuz qaldı

7 uşaq anası sosial müavinət ala bilmir. Səbinə Muradova Suraxanı rayonu, Zığ bağlarında məskunlaşıb. Əvvəllər çoxuşaqlı ailə olduğu üçün 230 manat məbləğində müavinat alıb. Amma son 4 aydır ki, edilən yardım dayandırılıb. 
S.Muradova bildirilib ki, Xətai rayonunda qeydiyyatda olduğu üçün sənədlərilə birlikdə ora müraciət etməlidir. O, da lazımı sənədləri toplayıb yollanıb quruma. Amma orada bildiriblər ki, sənədlər araşdırılana qədər edilən yardım dayandırılacaq. Lakin bu zamandan 4 ay keçsə də, onlara hələ bir məlumat verilmir.
Şikayətçinin sözlərinə görə, əvvələr sosial müavinat Suraxanı rayonundan alıb. Sonra qeydiyyatdan çıxarıb və Xətai rayonuna salınıb. Bir neçə dəfə sənədləri Xətai rayonuna təqdim etsə də, qəbul edilməyib. "Sonradan sənədləri Xətai rayonu qəbul etdi. Və mənə bildirildi ki, az miqdarda sosial müavinat ayıracaq. Ancaq ayrılacaq məbləğlə bağlı heç bir məlumat verilmir". 
Məsələ ilə bağlı Xətai rayonu Sosial Müdafiə Mərkəzinin baş mühasibi Taleh Qasımov ANS-ə açıqlamasında deyib ki, vətəndaşın problemilə yaxından tanışdır. Onun müraciəti isə xanımın söylədiyi kimi 4 ay bundan qabaq deyil, aprel ayının 16-da daxil olub. 
Hazırda onun sənədlərinin yoxlanılması prossesi gedir.Yaxın 10 gündə komissiya keçiriləcək və verilən qərar vətəndaşa bildiriləcək.
Bu zaman vətəndaşın ailə vəziyyəti nəzərə alınacaq və düzgün qərər qəbul ediləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.