banner
banner

Gündəm

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb

Fransa mətbuatı:

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.

"Report"un məlumatına görə, “Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən ilin sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyatlara başlayıb.

Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ekspertin sözlərinə görə, Qarabağdakı separatçı rejimi müdafiə etmək və işğalçı orduya dəstək olmaq üçün yola çıxan fransızlar, əvvəlcə Ermənistan paytaxtında qəbul edilib, daha sonra isə müharibə əməliyyatlarının getdiyi ərazilərə çatdırılıb. Əslində isə erməni tərəfi onları geri qaytarmalı və döyüş bölgəsinə buraxmamalı idi. Çünki həmin şəxslərin əksəriyyəti erməni əsilli olsalar da, Fransa vətəndaşlarıdırlar. Lakin onlar bunun əksini ediblər.

Məqalədə bildirilir ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağ bölgəsində döyüşməyə gedən erməni əsilli Fransa vətəndaşlarının törətdikləri müharibə cinayətləri barədə istintaqın başlanmasına təkan vermək məqsədilə həmin şəxslər haqqında dəlilləri toplayıb Fransa Prokurorluğuna müraciət edib. Məhz Azərbaycanın səyi nəticəsində Fransaya qayıtdıqdan sonra potensial təhlükə mənbəyi olan vətəndaşlar barədə istintaq işləri başlanıb.

Hazırda Fransa sərhəd polisi Yerevandan gələn bütün sərnişinləri yoxlamadan keçirir və onları bölgədə qalma səbəbləri ilə əlaqədar sorğu-sual edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.