Uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda keçiriləcək tədbirlərdə ABŞ-ı maliyyə naziri Ceykob Lyu təmsil edəcək. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinə əsasən, Ağ Ev aparat rəhbəri Denis Makdonou və prezident Barak Obamanın xarici siyasət məsələləri üzrə müşaviri Ben Rods ötən gün bu qərar barədə erməni diasporunun liderlərini məlumatlandırıblar.
Onların sözlərinə görə, Ceykob Lyuya aprelin 24-də İrəvanda ABŞ-ın erməni xalqı ilə həmrəy olduğunu nümayiş etdirmək göstərişi verilib.
Qeyd edək ki, mətbuat xidmətinin məlumatında 1915-ci ildə “amansız qətliam” və o “1,5 mln erməninin ölümü” kimi ifadələrin yer almasına baxmayaraq, müəlliflər bəyanatda bir dəfə də olsun “soyqırımı” ifadəsindən istifadə etməyib.
Press relizə əsasən, Ağ Ev Ermənistanın bu məsələdə mövqeyini alqışlayır və fürsətdən istifadə edərək bütün tərəflərin maraqlarına uyğun şəkildə “faktların tanınması” ilə bağlı çağırış edəcəyini vəd edib.
Qeyd edək ki, görüşdən sonra ANKA (Amerika erməni milli komitəsi) sədri Ken Xaçikyan Obamanın Türkiyə qarşısında kapitulyasiyası ABŞ üçün milli rüsvayçılıq olduğunu bildirib. “Sadə dillə desək, bu etimada xəyanətidir”, deyə erməni diasporunun liderlərindən biri qeyd edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.