"İşte benim stilim"in azərbaycanlı yarışmaçısı Sima Şərəffətdinova bugünkü buraxılışda ingiliscə mahnı səsləndirib.
Axşam.az-ın məlumatına görə, proqramın ən qalmaqallı və kiçik iştirakçısı olan Sima münsiflərin qarşısında "Eurovision"ın alman qalibi Lena Meyerin "Satelite" mahnısını oxuyub.
Qeyd edək ki, dəb yarışmasının münsifləri İvana Sert, Nur Yerlitaş və Kamal Doğulu həmyerlimizin bugünkü geyimini bəyəniblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.