Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Dənizkənarı Milli Parkda- Qız Qalası yaxınlığında gecələyən qadınla bağlı açıqlama verib.
Trend-in məlumatına görə, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib ki, sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu:
"Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi.
Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq. Proses barədə narahat olan və xəbər verən hər kəsə təşəkkür edirik! Məsələyə operativ müdaxilə edən DİN əməkdaşlarına minnətdarlığımızı bildiririk!"
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.