banner
banner

Gündəm

Karantin rejimi ilə bağlı mühüm açıqlama: “Pandemiya tüğyan edir, ona görə də...”

Karantin rejimi ilə bağlı mühüm açıqlama:

“Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməliyik. Pandemiya dünyada tüğyan edir, ona görə də məsuliyyətli olmalıyıq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, Avropanın bəzi ölkələri karantin rejimini sərtləşdirib:

“Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşır. Yoluxanların sayı sağalanların sayından 3 dəfə çoxdur. “Britaniya ştammı”nın da aşkar edilməsi növbəti siqnaldır. Biz karantin rejiminin sərtləşməsini gözləməməliyik, qaydalara əmək etməliyik. Tibbi maskadan mütləq istifadə etməli, şəxsi gigiyenaya diqqət yetirməli, sosial məsafə saxlanılmalıdır, yəni insanların sıx toplaşdığı yerlərdən kənar durmalıyıq. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması istiqamətində bütün addımları atır, vaksinasiyanı ilk həyata keçirən ölkələrdən olmuşuq. Gərək insanlar da kütləvi şəkildə vaksinasiya prosesinə qoşulsunlar. Belə olan halda, karantin rejiminin sərtləşəcəyi ilə bağlı qərarı gözləməyə ehtiyac qalmayacaq. Hansı dövlət istəyər ki, sərt karantin rejimi tətbiq etsin, iqtisadiyyata ziyan dəysin? Bu, dövlət büdcəsinə böyük zərbədir...”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.