Hülya Avşardan "Masumiyet" etirafı: "Bu rolu oynamaq istəməzdim"
Müğənni və aktrisa Hülya Avşar rol aldığı “Masumiyet” serialı ilə bağlı açıqlama verib.
Avşar verdiyi müsahibələrindən birində ekran işinə çəkilməsindən və ifa etdiyi rolundan danışıb.
“Əsasən qısa bölümlü seriallarda rol almağı sevirəm. Amma “Masumiyet”in istər ssenarisi, istərsə də aktyor heyəti məni özünə çəkdi. Serialda qadına şiddət göstərən oğlunu mühakimədən xilas etməyə çalışan ana obrazını canlandırıram. Təbii ki, bu rolu oynamaq istəməzdim, amma bu cür insanlar həyatda var olduğundan bu obraz da mənə doğmalaşdı”.
Qeyd edək ki, Hülya Avşar ekran işində Hale Ilgaz rolunu ifa edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.