banner
banner

Sosİal

Koronavius uşaqları necə çənginə alır - dünyada və Azərbaycanda mənzərə...

Koronavius uşaqları necə çənginə alır

Azyaşlılar üçün virus təhlükəli olmasa da, onlar daşıyıcılardır

Azərbaycanda bəzi məktəblərin koronavirus səbəbindən fəaliyyətini dayandırması ölkədə yeni bir mövzunu aktual edir. Uşaqlarda koronavirusun yayılma tezliyi, fəsadları və mutasiyaya uğramış virus versiyalarının azyaşlılar vasitəsilə təsiri... Nə deyir elmi araşdırmalar? Azərbaycanda bu sahədə vəziyyət necədir? Dünya üzrə uşaqlarda mutasiya olunmuş koronavirusa yoluxmanın faizi neçədir?

Uşaqlarda koronavirus pandemiyası səbəbi ilə posttravmatik stress də daxil olmaqla, ciddi ruhi sağlamlıq vəziyyətləri inkişaf edir, bir hesabatda deyilir.

“Uşaqlıq Güvəni” xeyriyyə təşkilatının hesabatında göstərilir ki, pandemiya uşaqların həddindən artıq həssas qalmasına səbəb olur. Sevdiklərinin sağlamlığı ilə bağlı narahatlıqla yanaşı, bir çox uşaq sosial təcrid və aclıqla da qarşılaşır.

İnternetə çıxışın olmaması da uşaqları “geri addımlamağa” doğru aparır.

“Uşaqlıq Güvəni” təşkilatının baş icraçı direktoru Laurence Guinness “BBC News”a deyib ki, danışdığı bir çox uşaq koronavirus və ölümlə əlaqəli “qabarıq kabuslar”la - post-travmatik stress pozğunluğunun (PTSD) mümkün yan təsiri ilə qarşılaşdıqlarını söyləyib.

Laurence Guinness bu uşaqların dünyadakı ölüm saylarından təsirləndiyini, bunun da onları valideynlərinin və dostlarının koronavirusdan öləcəyindən qorxutduğunu deyib.

“Hər gün ölüm sayının artdığı bildirilir, bu uşaqlar bunların hamısını görürlər və fikir eləyirlər,”- deyə o açıqlayıb.

Hesabatda, “Bath” Universitetinin klinik psixoloqu Dr Maria Loades-ə istinadən deyilir ki, təcrid tədbirləri “depresiya və ehtimal olunan narahatlıq riskini, eləcə də post-travmatik stressi çoxalda bilər”.

Londonda ibtidai məktəb müəllimi Galiema Amien-Cloete BBC-yə deyib ki, o, valideynlərin koronavirus barədə narahatlıqlarının “uşaqlara ötürüldüyünün” şahidi olub.

Hesabatda qeyd olunur ki, Londonda ibtidai sinfə gedən qız anası səhiyyə sistemində işlədiyi üçün onun koronavirusa yoluxub-yoluxmayacağı barədə narahatlıq keçirib. Digər qız isə anası hər evdən işə getdiyində “anam öləcək, geri qayıtmayacaq” deyə düşündüyünü deyib.

Azərbaycanda da uşaqlar arasında koronavirusa yoluxma halları aşkarlanıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayevin mətbuata verdiyi açıqlamada bu barədə bildirilib. O deyib ki, COVİD-19-a yoluxmaya 10 yaş üzərində uşaqlar arasında rast gəlinib. A. Musayevin sözlərinə görə, COVİD-19 xəsəliyinə yoluxma xəstəxanaya başqa xəstəliklərlə əlaqədar müraciət edən uşaqlarda koronavirusa görə müayinə aparılarkən aşkarlanıb: “Hansısa bir uşaq xəstəxanaya əməliyyat üçün gəldikdə bu sırada onda qarın ağrısı, qusma olduqda, eləcə də bağırsaq infeksiyası keçirdikdə, müayinələr aparılır. O zaman məlum olur ki, həmin uşaqda COVİD-19 pozitivdir. Yaxud da müayinələr zamanı məlum olur ki, həmin uşaq artıq COVİD-19 xəstəliyini keçirib. Bu zaman biz uşağın xəstəxanaya qəbul edilib-edilməməsi barədə qərar veririk”.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsinə təyinat olub |  Report.az

Allahverdi Musayev

A.Musayev deyib ki, Azərbaycanda 10 yaşın üzərində uşaqlarda koronavirusun ağırlaşması hallarına da rast gəlinib: “Virusun təsir etdiyi bir sindrom var. Virusu keçirdikdən sonra ürəkdə, böyrəkdə, bağırsaqda ağırlaşmalar olur, qaraciyər zədələnir. Bu hallara çox nadir olsa da, rast gəlinir. Amma uşaqlar arasında virusa yoluxmadan sonra ağırlaşma olsa belə, ölüm halları indiyədək olmayıb. İndiyə qədər bizdə 10 yaşdan yuxarı 10-a qədər (12, 13, 14 yaş aralığında) uşaqda ağırlaşma qeydə alınıb. Onlar sağalaraq evə göndəriliblər. Düzdür, o uşaqlar ağır vəziyyətdə xəstəxanaya daxil olublar. Amma onlar sağalaraq evə buraxılıblar. Uşaqlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb”.

A.Musayev bildirib ki, immun sistemi zəif olan uşaqlarda virusa yoluxmanın ağırlaşacağı ehtimal olunsa da, praktikada buna çox rast gəlinmir.

Bir ay öncə ölkədə uşaqlarla bağlı panika yayıldı və səngidi....

Uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısına  RƏSMİ MÜNASİBƏT - VİDEO - Mediapost İnformasiya Agentliyi

“Yeni Müsavat” isə xatırladır ki, “WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub.

TƏBİB-dən “WhatsApp”da koronavirusun yeni ştammı ilə bağlı yayılan səs  yazısına reaksiya

Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayılan məlumata münasibət bildirib. TƏBİB bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın, sadəcə, yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.

TƏBİB bildirib ki, ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə qeydə alınmayıb: “Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub”.

TƏBİB-in məlumatında qeyd olunur ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir: “Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərə isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik”.

Uşaqlar virusa necə yoluxur və bu mərhələni necə keçirir?

Azərbaycanda bütün uşaqlar koronavirusa yoluxacaq? - TƏBİB AÇIQLAMA YAYDI

8 yaşdan aşağı olan uşaqlarda koronavirusa yoluxma halları bu gün də mövcuddur. Bu hallar böyüklərlə müqayisədə dəfələrlə az olsa da, uşaqlar üçün COVİD-19 böyük təhlükədir. Uşaqlarda bir çox orqanların funksiyasının kəskin pozulması, qan dövranının pozulması baş verir. Qansızmalar müşahidə olunur, dəridə qansızma mənşəli səpkilər əmələ gəlir. Hətta bu yaranmış vəziyyəti biz bəzən “Kawasaki” xəstəliyi deyilən bir xəstəliyə oxşadırıq. Bu da son zamanların tədqiqatlarına görə uşaq orqanizminin bu virus infeksiyasına qarşı verdiyi şiddətli “hiper reaksiya” yaratması ilə bağlıdır.

Koronavirusa yoluxmanın əlamətləri, demək olar ki, böyüklərdəki kimi olur. Yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı uşaqlarda da müşahidə edilir. Uşaqların virusa qarşı həssaslığı isə qəbul etdiyi virus yükü və uşağın orqanizmindən asılıdır.

Uşaq özü xəstəliyi təhlükəli keçirməsə də...

COVİD-19-un yayılmasının qarşısının alınmasının əsas yolu mümkün olduğu qədər təmasları məhdudlaşdırmaqdır. Məktəblər bağlı olduğu təqdirdə fərqli evlərdə yaşayan uşaqlar oyun günləri keçirməməlidir. Əgər uşaqlar öz evlərinin həyətində oynayırlarsa, onlarla eyni evdə yaşamayan hər bir insanla 6 addımlıq məsafənin saxlanılmasına əməl etməlidir.

Əgər kiçik görüşlər keçirmək istəyirsinizsə, həm öz aralarında, həm də digərləri ilə müvafiq məsafənin saxlanılmasına əməl edən (sosial məsafə) digər ailə üzvü və ya dostunuzla görüşməyə üstünlük verin. Uşaqlarınızın əllərini tez-tez sabun və su ilə yuyulması kimi gündəlik profilaktik tədbirləri həyata keçirdiklərindən əmin olun. Unutmayın ki, uşaqlar məktəbdən kənar daha böyük qruplar şəklində görüşsələr, hər kəsi təhlükə altına ala bilərlər.

Xüsusi əhəmiyyəti olmayan yaz fəslində səyahət planlarınızı təxirə salın və evdə qalın.

Uşaqlarda COVİD-19 haqqında məlumatlar bir qədər məhduddur, lakin mövcud məlumatlar həmin virusun mövcud olduğu uşaqlarda əsasən yüngül simptomların ola biləcəyini göstərir. Bununla yanaşı, qeyd edilməlidir ki, Avropanın bəzi ölkələrindən gələn rəsmi məlumatlarda müxtəlif yaşlı uşaqların COVİD-19 xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu virusun uşaqlarda az hallarda böyük təhlükə yaratdığına dair məlumatlar olsa da, onlar virusu daha böyük risk altında olanlara, o cümlədən yaşlılara, ahıllara və yanaşı xroniki xəstəliyi olan insanlara keçirə bilər.

Çocukları Corona Virüsünden Nasıl Koruyabiliriz? | Yeditepe Üniversitesi  Hastanesi

Tövsiyələr nələrdir - uşağı qorumaq üçün bunları etmək lazımdır

Uşağınızda xəstəliyin hər hansı bir əlamətinin olub-olmamasını yoxlayın. 

COVİD-19 əlamətlərinə uyğun gələn hər hansı bir xəstəlik əlamətini, xüsusən qızdırma, öskürək və ya nəfəs darlığı kimi əlamətləri görsəniz, həkiminizlə əlaqə yaradın, uşağınızı evdə təcrid edin ona üz maskası taxın və başqalarından mümkün qədər uzaq saxlayın.

Uşağınızdakı stress əlamətlərinə diqqət yetirin.

Müşahidə etməli olduğunuz bəzi ümumi dəyişikliklərə həddindən artıq narahatlıq və ya kədər, yemək qəbulu rejiminin pozulması, yuxu vərdişlərinin pozulması, diqqət və konsentrasiya ilə bağlı çətinliklər daxildir.

Uşağınızla COVİD-19 epidemiyası haqqında müzakirə aparmaq üçün vaxt ayırın. Uşağınızın suallarını cavablandırın və ona başa düşəcəyi dildə COVİD-19 haqqında müəyyən məlumatlar verin.

Gündəlik profilaktik tədbirləri öyrədin və təkrarlamaqla, onunla birgə bu tədbirləri etmək düzgün vərdişlərə əməl etməsini gücləndirin.

Valideynlər və digər ailə üzvləri uşaqların əllərini yumağı öyrətməsində mühüm rol oynayırlar. Əl yumanın onları sağlam saxlaya və virusun başqalarına yayılmasının qarşısını ala biləcəyini izah edin.

Yaxşı bir rol modeli olun - siz əllərinizi tez-tez yusanız, onlar da bunu edəcəkdir.

Əl yumanı bir ailə fəaliyyətinə çevirin.

Uşağınızın aktiv qalmasına kömək edin.

Fiziki və zehni sağlamlıq üçün vacib olduğuna görə uşağınızı evdə fiziki aktiv olmağa sövq edin, birgə müxtəlif idman hərəkətləri edin. Bu məqsədlə televiziya və ya internetdə yayımlanan fiziki aktivlik verilişlərini birgə izləyin və göstərilən hərəkətləri birgə təkrarlayın. Evdə velotrenajor və ya qaçış üçün tredmil varsa, uşağınızın yaşınıza uyğun olaraq ondan istifadə etməyi sövq edin.

Uşağınızın sağlam və diqqətli olmasına kömək etmək üçün gün ərzində qapalı məkan fəaliyyətlərindən (bədən tərbiyəsi, rəqs) istifadə edin.

Sosiallaşması üçün uşağınıza kömək edin.

Dostlarınız və ya ailə üzvlərinizlə telefon və ya video vasitəsilə əlaqə yaradın.

Ziyarət edə bilməyəcəyiniz ailə üzvlərinizə poçtla açıqca və ya məktub yazıb göndərin.

Bəzi məktəb və qeyri-kommersiya təşkilatlarının sosial və emosional tədris proqramları olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.