İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahiminin dəvəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübartiz Qurbanlı bu ölkəyə səfər edəcək.
SİA-nın xəbərinə görə, mayın 2-dən 6-dək davam edəcək səfərin məqsədi iki ölkə arasında dini sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində M.Qurbanlının Tehran, Təbriz və Qum şəhərlərində dövlət rəsmiləri və din xadimləri ilə görüşləri də nəzərdə tutulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.