banner
banner

Sosİal

Bakının görməli yerində həlli tapılmayan mənzərə - FOTOLAR

Bakının görməli yerində həlli tapılmayan mənzərə - FOTOLAR

Bakının əsas simvollarından hesab olunan Dənizkənarı Bulvar vətəndaşlarımızın və turistlərin ən sevdiyi məkandır. Bütün fəsillərdə Bakı bulvarında insanlar olur. Xüsusilə yaz və yay aylarında insanlar bura axın edir. Gün ərzində hər yaşda minlərlə insan bulvarı ziyarət edir.

Lakin dənizi seyr etmək istəyən adam, çətin ki, buradan zövq ala bilsin. Sahilin ləpədöyən hissəsinə gələn hər bir kəs ilk olaraq ürəkbulandıran mənzərə ilə qarşılaşır. Çirkab sularl, tullantılar birbaşa dənizə axıdılır. Külək qalxanda isə tullantılardan gələn üfunət iyi ətrafı bürüyür.

Musavat.com-un əməkdaşları bulvarın həmin hissəsində olub, arzuolunmaz mənzərəni fotokameranın yaddaşına köçürüblər.

Görüntüləri təqdim edirik. İnanırıq ki, aidiyyatı qurumlar problemin həll edilməsi üçün lazımı addımlar atacaq.


 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.