banner
banner

Şou

"Hər sevgimdən bir xatirə qalıb" - Röya

"Hər sevgimdən bir xatirə qalıb"

“Zirvədə deyiləm. Üç mahnı ilə zirvəyə qalxmaq olmur. Sevinirəm ki, 30-40 il məndən əvvəl sənətə gələn xalq artistləri ilə eyni sıradayam. Onların 40 ilə etdiyini mən 10 ilə bacardım. Bu yaxınlarda radioların birində sənət aləminin ən yaxşı ifaçılarının adlarını sadaladılar. Üç xalq artistinin adı çəkildi, dördüncü mən oldum və siyahi bitdi. Mən həyatımın yarısını bu uğur üçün xərclədim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Röya Ayxan “5/5” verilişində deyib.

Sevgidən danışan sənətçi heç vaxt peşmançılıq yaşamadığını bildirib:

“Mən hər saat sevirəm. Həmişə də sevəcəm. Mənim üçün pis sevgi yoxdur. Hər sevgimdən bir xatirə qalıb”.

R.Ayxan aparıcının “Ulduz həyatı yaşayırsan” sualına belə cavab verib:

“Mən ulduzluq yox, ana həyatı yaşayıram. Uşaqlı evdir, sındırır, dağıdır. Ulduzluq bahalı qab-qacaqla ölçülmür. Pulum geyimə, mahnıya gedir. Məişət əşyaları ilə insanlıq olmur”.

Müğənni qız övladı arzuladığını bildirib:

“Hər zaman oğlan uşağı istəmişəm. Son iki ildir ki, qız övladı istəyirəm. Oğlum üçün alış-verişə gedəndə qız libasları görür, bacımın övladına alıram. Bu yaxınlarda mənə it bağışladılar. Öyrəndim ki, oğlandır. Dedim, neynirəm, evimdə də oğlum var. Qız olsun ki, onu qəşəng geyindirib, bəzəyim”. 

İfaçı xeyriyyə verilişlərindən də danışıb. O, aparıcılara müraciət edib:

“Xeyriyyə verilişini ilk edən Hacı Nuran olub. Bir dəfə bu haqda açıqlama verdim, aparıcılar məndən incidi. Küsmək lazım deyil. Hər şeyi iyrəncləşdirmək olmaz. Bunu şouya qatmayın. Özümüzü göstərək, qabağa gedək etməyin. Buna görə də çox layihələr yarımçıq qalıb. O verilişlərə gələn insanlar acısını yaşayır. Onlara şou lazım deyil. Demirəm ki, bu pisdir, etməməlidirlər. Sevindirici haldır ki, Hacı Nuranın qoyduğu izlə gedirlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.