banner
banner

Sosİal

Füzulinin icra başçısı saytı polisə verdi

Füzulinin icra başçısı saytı polisə verdi

Fikrət Fəraməzoğlu: «Alı Alıyev saytımızda yayımlanmış məlumatlarla bağlı məhkəməyə yox, polisə müraciət etməklə yazdıqlarımızı dolayısı ilə təsdiqləyib» 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayon Polis Şöbəsinə yazılı şəkildə müraciət edərək, JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlu ilə bağlı təhqiqata başlanılmasını istəyib. Səbəb kimi də onu göstərib ki, JAM.AZ-da Füzuli rayonu və onun icra başçısı haqqında tənqidi yazılar yayımlanıb. 

«Dünən mənə Füzuli rayon Polis Şöbəsindən zəng vuraraq bildirdilər ki, sözügedən şöbəyə gəlim və izahat verim. Amma mən bundan imtina etdim və onlar da bu gün Bakıya təhqiqatçı göndərəcəklərini və mənimlə görüşəcəyini dedilər. Razılaşdım». Bunu baş redaktor Fikrət Fəraməzoğlu açıqlamasında bildirib. 

O deyib ki, Füzulinin icra başçısı Alı Alıyev ya qanunları bilmir, ya da məsələni zor yolu ilə həll etməyə çalışır. «Alı Alıyev uzunmüddətdir icra başçısı işləyir və onun qanunları bilməsi şərtdir. Üstəlik, bu adam prezidentin yerdəki səlahiyyətli nümayəndəsidir və vəzifəsi də qanunların icrasını təmin etməkdir. Amma görünən odur ki, cənab icra başçısının qanunlardan qəti xəbəri yoxdur. Əgər belə olmasaydı, bizimlə bağlı polisə yox, məhkəməyə müraciət edərdi». 

Fəraməzoğlu vurğulayıb ki, Füzuli rayonu və onun icra başçısı ilə bağlı JAM.AZ-da xeyli tənqidi məlumatlar yer alıb və onların da hamısı konkret faktlara əsaslanıb. Üstəlik, məlumatları verən mənbələr də mövcuddur. «Alı Alıyevin nədən qorxuduğu bizi bilmirik. Yalnız onu bilirik ki, bu adam özünün nəzarətində olan polisə təzyiq edərək, bizimlə bağlı tədbir görməyə çalışır. Və qanuni yolları da sınamaq istəmir. Aydın məsələdir ki, Füzuli Polis Şöbəsinin rəisi icra başçısından çəkinən bir fiqurdur və o, qorxusundan verilən tapşırığı icra etməyə çalışacaq. Amma ortada nə cinayət var, nə cinayətkar. O zaman nəyin təhqiqatını aparırlar? Əgər bir etirazları, razılaşmadıqları məqam varsa, məhkəmə yolu ilə bunu aydınlaşdıra bilərlər. Əks təqdirdə, Alıyevin bu yanaşması öz başında çatlayacaq». 

Fikrət Fəraməzoğlu mətbuat vasitəsi ilə DİN başçısı Ramil Usubova da müraciət edib. «Cənab nazir, özünü də yaxşı bilirsiniz ki, polis heç bir vaxt mətbuat işinə ortada konkret cinayət faktı olmadan müdaxilə etməyib. Amma Füzuli rayon Polis Şöbəsi heç bir əsas olmadan, məhz saytımızda yazılar yayımlandığı üçün təhqiqata başlayır və bizdən izahat tələb edir. Təbii ki, izahat verməkdən çəkinmirik. Amma aydın məsələdir ki, bu təhqiqatın başladılmasının sifarişçisi Füzuli rayon icra başçısıdır və onun yerli polisə təsir imkanları da həddindən artıq böyükdür. Hesab edirəm ki, polisə aid olmayan məsələlərə kimlərinsə istəyi və arzusu üçün polisin alət edilməsi yolverilməzdir. Və bu, Azərbaycan polisinə başucalığı gətirməyən haldır. Ümid edirik ki, siz nazir olaraq məsələni araşdırıb, konkret qərar çıxaracaqsınız». 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.