banner
banner

Gündəm

Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”

Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı:

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik hərəkətlərinin əks olunduğu videogörüntü yayılıb.

Cia.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaradılıb.

Hadı Rəcəbli açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.