banner
banner

Gündəm

Ağsaqqallar Şurasından Mirələmovla bağlı AÇIQLAMA: "O video sonradan düzəltmədir"

Ağsaqqallar Şurasından Mirələmovla bağlı AÇIQLAMA:

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosundan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə təkidlər səsləndirirlər.

İstifadəçilərin fikrincə, bu cür video ilə gündəmə gələn H.Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.

Şuranın sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb:

“Bəlkə, bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...”

Xatırladaq ki, məlum videonun səs-küy yaratmasından sonra Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində icra etdiyi kafedra müdiri vəzifəsindən azad olunub.

H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir. Texnika elmləri doktoru, professorudur.
2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.