banner
banner

Gündəm

Tahir Mirkişili: "Türk dünyasını yeni uğurlar gözləyir"

Tahir Mirkişili: "Türk dünyasını yeni uğurlar gözləyir"

"ABŞ Konqresi və Senatı 2019-cu ildə qondarma erməni "soyqırımı" ilə bağlı sənəd qəbul etdi. Ondan daha əvvəl Fransa, Rusiya, Almaniya və s. kimi ölkələr də 1915-ci ildə baş vermiş və əslində, özlərinin səbəb olduğu hadisələri "soyqırım" kimi tanıdılar. Amma maraqlısı budur ki, hər belə bir qərardan sonra Türkiyə və türk dünyası daha da gücləndi".

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili bildirib. Deputatın sözlərinə görə, hər belə qərardan sonra Ermənistan daha da zəifləyib: "...Və 2020-ci ildə ağır məğlubiyyətə uğradı, beli qırıldı!"

T.Mirkişili bildirib ki, ABŞ Prezidenti Co Bayden son 40 ildə ilk dəfə olaraq "soyqırım" sözünü işlətməklə Türkiyəyə yeni uğurlar “arzuladı”.

"Tezliklə yeni uğurların şahidi olacağıq. Əminəm ki, türk dünyasının aparıcı bir parçası olan Azərbaycanın da bu uğurlardan payı olacaq. Məsələn, Zəngəzur dəhlizi... Tanrı türkü qorusun!", - deyə, T.Mirkişili bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.