banner
banner

Sosİal

Bu gün sonuncu buraxılış imtahanıdır

Bu gün sonuncu buraxılış imtahanıdır

Məzunlar buraxılış imtahanlarının nəticələri ilə  qabiliyyət tələb edən 5-ci qrup ixtisaslarına, eyni zamanda kolleclərə seçim edə biləcəklər

Aprelin 29-da Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin 12818 şagirdi arasında keçirilib. İmtahanda İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) şagirdlər də iştirak edib.

Bu gün isə, yəni aprelin 30-u üçün nəzərdə tutulmuş imtahanlarda 17707 nəfər şagirdin iştirakı nəzərdə tutulur. Beləliklə, 29-30 aprel tarixlərində ümumilikdə 30525 nəfər şagirdin imtahanlarda iştirakı gözlənilir.

Bəs ekspertlər aprelin 29-da keçirilən imtahanları necə dəyərləndirir? Bu gün keçiriləcək imtahanlardan hansı gözləntilər var?

Kamran Əsədov: “Yeni tədris ilinin başlaması qaçılmaz idi”

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, 2021-ci ildə keçiriləcək imtahanların mahiyyəti ötən illərdən fərqlənir. Belə ki, bu il bizim 11-ci sinfi bitirən 85 min şagirdimiz 11-ci sinfə getmədən məktəbi bitirir və buraxılış imtahanları verir. Nəzərə alsaq ki, 1 ildən çoxdur ölkə ərazisində hələ də pandemiyadır, eyni zamanda 27 sentyabrdan 10 noyabra qədər 44 günlük müharibə yaşamışıq, təbii ki, bu amillər birmənalı şəkildə şagirdlərin dərsləri qavramasına öz təsirini göstərib.

Məlum olduğu kimi, artıq 15 apreldən etibarən şagirdlərimiz buraxılış imtahanlarını verirlər. Müəyyən ərazilərdə monitorinqlər aparmışıq, məlum olub ki, imtahanlarda iştirak edən şagirdlər daha çox Azərbaycan dili və xarici dildən daha yaxşı nəticə göstəriblər. Riyaziyyat fənnindən isə göstəricilər zəifdir. Bu ona görə baş verir ki, riyaziyyat fənninin məsafədən təşkili və öyrədilməsi o qədər mümkün deyil.

Beləliklə, aprelin 30-da keçirilən imtahanla builki buraxılış imtahanları başa çatmış hesab olunacaq. Məzunlar buraxılış imtahanlarının nəticələri ilə  qabiliyyət tələb edən 5-ci qrup ixtisaslarında, eyni zamanda kolleclərə seçim edə biləcəklər. İnanıram ki, pandemiya və müharibənin tədrisə təsiri suallarda öz əksini tapacaq. Yəni bu amillərin tədrisə təsiri mütləq nəzərə alınmalıdır. Ümumilikdə, pandemiya dövründə Dövlət İmtahan Mərkəzi imtahanları yüksək səviyyədə təşkil edir.  Qurum bu istiqamətdə böyük təcrübəyə malikdir. Hesab edirəm ki, abituriyentlər mövcud vəziyyətdə pandemiya qaydalarına riayət edib, imtahanlarda iştirak etməklə özlərinin gələcək təhsil karyeralarını müəyyən edə biləcəklər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.