banner
banner

Sosİal

Həkimdən peyvəndlə bağlı açıqlama: 20 nəfərin ölmə ehtimalı var

Həkimdən peyvəndlə bağlı açıqlama:

Mayın 3-dən ölkədə 60 və daha yuxarı yaş qrupuna daxil olan şəxslərə vurulması planlaşdırılan “AstraZeneca” peyvəndinin müəyyən dərəcədə qanda laxtalanmanı artırması barədə fikirlər var. Bu səbəbdən peyvənd vurmaq istəyənlərin əvvəlcədən qandurulducu preparatları qəbul etməklə və həkim nəzarətində olmaqla peyvənd olunması vacibdir.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib. O bildirib ki, COVİD-19 peyvəndlərinin əlavə təsirləri verdikləri xeyirlə müqayisədə çox cüzidir:

“Orqanizmə yeridilən istənilən maddələrin əlavə təsirləri ola bilər, o cümlədən də peyvəndlərin. Amma COVİD-19 əleyhinə olan peyvəndlərin, xüsusən də “AstraZeneca“nın əlavə təsirlərinin olmasını təsdiq edən tədqiqatlar demək olar ki, yox səviyyəsindədir. Peyvəndin hər 500 min və ya 1 milyon dozasında 1 nəfərdə ölüm halı müşahidə oluna bilər. Bunu nəzərə alsaq, Azərbaycanda əgər 10 milyon əhalinin hamısı peyvənd olunsa, 20 nəfərin ölmə ehtimalı olar. Bu səbəbdən peyvənddən qaçmaq lazım deyil. Hətta əlavə təsir olsa belə, profilaktik tədbirlər alıb, peyvənd olunmaq olar”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.