banner
banner

Gündəm

Messi "Siti"dən illik 25 milyon avro istəyir

Messi "Siti"dən illik 25 milyon avro istəyir

"Mançester Siti" "Barselona"nın kapitanı Lionel Messini transfer etməkdə israrlıdır.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, klub 33 yaşlı hücumçuya görə yüksək məbləğdə pul xərcləməyə hazırdır. Messi isə "şəhərlilər"ə keçəcəyi təqdirdə ona illik ən az 25 milyon avro maaş ödənilməsini istəyir. Argentinalı oyunçu əvvəlcə "Barselona"nın son təklifini müzakirə etməyi, daha sonra digər kluba transfer olunmaq barədə düşünməyi planlaşdırır.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır. O, cari mövsüm 46 matçda 37 qol vurub və 11 qolun ötürməsini verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.