banner
banner

Sosİal

Kassalarda sizi necə aldada bilərlər? - Bir-iki mal alınıbsa...

Kassalarda sizi necə aldada bilərlər? - Bir-iki mal alınıbsa...

Rusiyalı mütəxəssis Alisa Xramova müştəriləri kassada aldatmağın ən geniş yayılmış üsulunu açıqlayıb.

“Çekdəki artıq mallar, kassada aldatmağın ən geniş yayılmış üsullarından biridir. Bir və ya iki mal alınıbsa, fırıldaqçılıq etmək kifayət qədər çətindir, amma çeşidlər çoxdursa, alıcını aldatmaq olduqca asandır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, fırıldaqçı kassirlər adətən özləri çekə əlavə mallar vururlar. Bəzən elə də olur ki, qalığı səhv qaytarırlar.

“Bütün mallar kassada skan edildikdən sonra, kassir qaydalara görə, alışın ümumi dəyərini, sonra alıcıdan alınan pulun və qalığın məbləğini açıqlamalı və sonra onu çeklə birlikdə verməlidir”, - deyə, Xramova qeyd edib.

Eyni zamanda, başqa bir oğurluq üsulu da məhsuldakı barkodun dəyişdirilməsidir.

Bu vəziyyətdə bahalı məhsul, ucuz olanın barkodundan istifadə edərək kassada skan edilir. Digər hallarda, kassirlər iki məhsulun birinin qiymətinə alına biləcəyi 1+1 kimi kampaniyalar barədə müştərilərinə məlumat vermir və ya bilərəkdən xatırlatmırlar. Satıcı iki məhsulu çekə daxil edir, lakin alıcı kampaniyadan bixəbər olaraq bir məhsulla gedir, onu aldadan kassir isə ikinci məhsulu özünə saxlayır.

Bir başqa aldatma yolu da müştərinin yığdığı kart əvəzinə özününkünü skan edir, bu zaman ballar müştəriyə deyil, ona verilir. / Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.