Deputatlar İran-Azərbaycan sərhədində baş verənlərdən danışdılar: “Məhv edilməlidir”
Milli Məclisin plenar iclasında İran-Azərbaycan sərhədində baş verən son hadisələrdən bəhs olunub.
Musavat.com xəbər verir ki, deputat Sahib Alıyev İran-Azərbaycan sərhədində baş verənlərdən danışıb. Dövlət sərhədimizin Yardımlı rayonu istiqamətində iki sərhədçimizin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər tərəfindən qətlə yetirildiyini deyən deputat sonradan cinayətkarlardan birinin məhv edildiyini xatırladıb. “Mən elə bilirəm ki, orada qətlə yetirilən cinayətkarla Qarabağda məhv edilən “hay”ların arasında heç bir fərq yoxdur”.
Deputat Musa Qasımlı da bildirib ki, Azərbaycanın dövlət sərhədini pozanlar kimliyindən asılı olmayaraq, məhv edilməlidir: “Sərhəd hər bir millətin və dövlətin namusudur, ona təcavüz edən istənilən şəxs ən sərt şəkildə cəzalanadırılmalıdır”.
M.Qasımlı Yardımlı istiqamətində sərhəddə iki hərbçimizin qəhrəmanlıqla həlak olduğunu təəssüflə vurğulayıb.
Qeyd edib ki, Azərbaycanın sərhədini pozan şəxslər saxlanılan zaman onlar İrana ekstradisiya olunur, ancaq sonradan onlar yenidən cinayət törədirlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.