banner
banner

Gündəm

Elman Məmmədovdan şəhidlərlə bağlı etiraz: “Bu insan daha neyləməlidir ki, adına küçə olsun?”

Elman Məmmədovdan şəhidlərlə bağlı etiraz:

Deputat Elman Məmmədov Milli Məclislin plenar iclasında şəhid adlarının əbədiləşdirilməsilə bağlı məhdudiyyətlərin olmasına etirazını bildirib.
Deputat bildirib ki, cəmiyyətdə narazılıq yaradan hal var:
“Bunlardan biri Nazirlər Kabinetinin qərarı ilə şəhid olan övladlarımızın orden, təltif edilmə məsələsidir”.

E.Məmmədov qeyd edib ki, şəhidlər canını vətən uğrunda qurban verib və şəhidlik zirvəsinə ucalıblar: “Şəhidlikdən yüksək zirvə yoxdur. Bu insan daha neyləməlidir ki, adına küçə olsun? Biz niyə ayrıseçkilik etməliyik? Niyə düşünməliyik ki, bu şəhidin ordeni, təltifi olduğundan onun adına küçə vermək olar, amma digəri təltif edilmədiyinə görə, onun adına küçə vermək olmaz. Məncə, bu düzgün yanaşma deyil”.

Deputat eyni zamanda bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələnlər də diqqətə alınmalıdır: “Bu məsələdə fərq qoymaq olmaz. Hamısı vətən uğrunda canından keçsin. Onlar fərqləndirilməməlidir”.

E.Məmmədov şəhidlərə məmur biganəliyindən də bəhs edib: “Mən bəzən bir sıra icra başçılarına zəng edib özüm danışmışam. Bildirmişəm ki, sizin rayonun filan kəndlərində şəhid məzarı var, heç xəbərləri yoxdur. Gedib onların məzarlarını ziyarət etməyiblər. Məzarlar da baxımsız vəziyyətdədir. Hərəsi də bir cür bəhanə gətirir. Belə münasibət dəyişməlidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.