banner
banner

Sosİal

"Başıma xalta salıb meymun kimi gəzdirirlər" - AMAY Abdulla

"Başıma xalta salıb meymun kimi gəzdirirlər"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə iş üzrə 13 nəfər zərərçəkmiş şəxs qismində dindirildi.

Rəşad Quliyev, Rasim Cavadov, Yelena Axundova, Allahşükür Qurbanov, Yalçın Muradov, İbrahim Novruzov, Leyla Həmidova, Akif Yusifov, Ülviyyə Nadirova, Səid Balayev və Həsən Nəbiyev ifadələrində 2004-cü ildə “Xudafərin” MMC ilə müqavilə bağladıqlarını, binanın tam komplekləşdirilməməsini məhkəmənin nəzərinə çatdırdılar.

Dindirilmə zamanı məlum oldu ki, zərərçəkmiş şəxs kimi məhkəməyə dəvət olunan, yuxarıda adları hallanan şəxslərin heç biri ibtidai istintaqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verməyiblər. Bu da vəkillərin narazılığına səbəb oldu.

Vəkil Osman Kazımov bunu prosessual pozuntu adlandırdı. Bildirdi ki, məhkəmə buna qiymət verməlidir: “Sonra dövlət ittihamçısı məhkəmənin sonunda iki cümlə ilə deyəcək ki, ittiham sübuta yetirilib”.

Hakim isə məhkəmənin buna sonda qiymət verəcəyini bildirdi: “Dindirilən zərərçəkənlərin məhkəmədə siyahısı var, hamısı da protokola qeyd olunub”.

Vəkil Yavər Hüseyn bildirdi ki, istintaqın bu hərəkəti qanunsuzdur. Vəkil Əkbər Bağırov prokurorun bu məsələyə münasibət bildirməsini istədi.

Dövlət ittihamçısı Fərid Nağıyev isə dedi ki, bütün bu məsələlərə sonda qiymət bildiricək: “Mənim deyəcəyəmi nə Osman Kazımov, nə də başqası deyə bilməz. Burada şou yaratmağa ehtiyac yoxdur”.

Osman Kazımov dedi ki, A.Abdullayev qanunsuz olaraq həbsdə saxlanır: “Bu da şoudur? Prokuror vəsatət qaldırsın ki, bu şəxslər zərərçəkmiş şəxslər siyahısından çıxarılsın”.

Prokuror isə cavabında vəkilin ona göstəriş vermək hüququnun olmadığını xatırlatdı.

Vəkil Osman Kazımov bu işə xitam verilməli olduğunu söylədi: “Olmayan cinayətə görə bu adamı həbs ediblər”.

Bundan sonra Abdulla Abdullayev qısa çıxış etdi: “1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içində heç nə yoxdur. Mən bu ölkədə bir nəfərə də xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi gəzdirirlər. Heyvan kimi dörd divar arasında saxlayırlar. Nə qədər deyirəm ki danışmayacam, amma dözə bilmirəm. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur”.

Bununla da məhkəmə prosesi aprelin 27-dək təxirə salındı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.