Aktrisa Serenay Sarıkaya iş adamı Haldun Demirhisarla sevgili olma iddialarına cavab verib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, biznesmenlə Göcek tətilində görüntülənən sənətçi sevgili olmadıqlarını deyib.
"Yeni bir şey demək istəmirəm. Daha əvvəl də eşq xəbərlərinin yalan olduğunu söyləmişdim. Fotoların çəkildiyi yer mənim evim. Dostlarımla bir araya gəlmək qədər təbii heç nə ola bilməz. Hər dəfə çıxan eyni xəbərlərin yalan olduğunu demək istəmirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.