Reza Deqati: “Yaxınlığımda tapılan mina deyildi... ”
“Kəlbəcərdə səfərdə olarkən yaxınlığımda mina aşkar edilməsi məlumatı yanlışdır”.
Bu sözləri məşhur fotojurnalist Reza Deqati açıqlamasında bildirib. Fotoqraf qeyd edib ki, iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən şübhəli əşya ilə qarşılaşıb: “Məni müşayiət edən minaaxtaranlar ilk əvvəl onun mina olduğunu güman etdilər. Lakin sonradan məlum oldu ki, bu, mina deyil”. Reza Deqati işğaldan azad olunan Kəlbəcər və digər bölgələrdə dəfələrlə mina təhlükəsi ilə rastlaşdığını da vurğulayıb: “Bu günə qədər bir neçə dəfə mina təhlükəsi ilə qarşılaşmışam. Lakin qeyd etdiyim kimi, yayılan görüntülərdə yaxınlığımda mina olması ilə bağlı yayılan məlumat doğru deyil”. Xatırladaq ki, R.Deqatinin iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən tam yaxınlığında mina aşkarlandığı haqda məlumat yayılmışdı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.