Tofiq Yaqublu üçün preizdentə - daha bir müraciət edildi
Bütöv Azərbaycan Ocaqları (BAO) Tofiq Yaqublunun azadlığa çıxması üçün prezident İlham Əliyevə müraciət edıb. Müraciətin mətnini təqdim edrik. Cənab Prezident, Hazırda məhbus həyatı yaşayan Azərbaycan vətəndaşı Tofiq Yaqublunun ailəsində baş vermiş ağır faciə ilə əlaqədar ona 7 günlük azadlıq verildiyi üçün Sizə minnətdarlığımızı bildiririk. Hesab edirik ki, dövlətimiz öz vətəndaşlarına yönəlik bu cür humanist davranışla vətəndaş –dövlət münasibətlərinin yaxşılaşmasına təkan verir. Çox istərdik ki, Tofiq Yaqublunun himayəsində azyaşlı uşaq olduğunu, Qarabağ qaziliyini, ziyalılığını, övladının vaxtsız ölümünü, ölkəmizin inkişafı üçün çalışdığını, üstəlik itirdiyi övladından yadigar qalan körpəyə diqqətin vacibliyini nəzərə alaraq barəsində seçilmiş həbs qərarına yenidən baxılsın. Əminik ki, onun azadlığa çıxması humanist bir addım kimi dövlətimizin vətəndaşına, Azərbaycan insanına verdiyi dəyər kimi qiymətləndiriləcək və milli həmrəyliyimizi sərgiləyən bir güzəşt olacaq. Biz Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərinə nümunə olacaq bu addımın vətəndaş sülhünün və insanlar arasında birliyin bərqərar olması, milli və dövlətçilik maraqlarının qorunması baxımından faydalı olacağına, insanlarda dövlətə daha böyük güvənc yaradacağına, onların qayğını başqa yerlərdə deyil, öz ölkələrində tapmalarına inam yaradan bir hadisə kimi yaddaşlarda qalacağına inanırıq. Hörmətli Prezident, Sizdən xahiş edirik ki, bütün bunları nəzərə alaraq səlahiyyətinizdən istifadə edib Tofiq Yaqublunun əfv olunması haqqında sərəncam verəsiniz".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.