Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XIV turu çərçivəsində "Baku Fayrs” Argentinanın "Kondors” klubu ilə qarşılaşıb. Bu komandamızın qrup mərhələsində sonuncu görüşü olub. Gözlənildiyi kimi komandamız autsayder rəqibinə böyük hesabla qalib gəlib. Xəbər verdiyimiz kimi, Pərviz Bağırov döyüşsüz qalib elan olunub. Belaruslu Mixail Dauqalivets Quba Olimpiya Kompleksində ən tez qeydə alınan nokauta imza atıb. Onun nokautu zamanı hətta rəqib boksçunun ayaqqabısı ayağından çıxıb. Son anda həkimlərin rəyinə əsasən döyüşə çıxan Fakundo Sesar Qiqlionenin isə qaşından qan axsa da, türkiyəli hakim sonadək döyüşü davam etdirib. Nəticədə komandamız Quba Olimpiya Kompleksinə təşrif buyurmuş Argentinanın Bakıdakı səfirinin gözü önündə qonaqları darmadağın edib. "Baku Fayrs” (AZƏRBAYCAN) - "Kondors” (Argentina) 5:0 52 kq. Murad Rabadanov - Rikardo Maksimiliano İbarra 1:0 60 kq. Nəsrəddin Məmmədov - Brian İvan Nunyes 1:0 69 kq. Pərviz Bağırov - Luis Alberto Veron 1:0 (rəqib döyüşcü rinqə çıxmayıb) 81 kq. Mixail Dauqalivets - Xuan Qabriel Riso Patron 1:0 (nokaut) +91 kq. Hacı Murtuzəliyev - Fakundo Sesar Qiqlione 1:0
Qeyd edək ki, öncədən pley-offu özünə təmin etmiş "Baku Fayrs” həlledici mərhələdə A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Bu ya Ukraynanın "Otomans", ya da Meksikanın "Querreros" komandası olacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.